Azərbaycanın ən iri özəl banklarından biri rublla əməliyyatları müvəqqəti məhdudlaşdırıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“PAŞA Bank”ın “İnternet Bank” xidmətində Rusiya rublu ilə həyata
keçirilən mübadilə (nağd, nağdsız) əməliyyatlarının aparılması
müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunur ki, bu qərar maliyyə bazarlarında Rusiya rublu ilə
bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla
əlaqədar rublun qiyməti kəskin ucuzlaşıb. Səhər saatlarında
birjalarda bir ABŞ dolları 117 rubl ətrafında alınıb-satılırdı.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: