Qoruğun mühafizə rejimini pozan şəxs cəzalandırılıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən
nəzarət tədbirləri zamanı qoruğun mühafizə rejimini pozan şəxs
saxlanılıb.

Trend xəbər verir ki,
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva
bildirib ki, araşdırma zamanı qanun pozucusunun Daşkəsən rayon
sakini Cəlaləddin Allahverdiyev olduğu müəyyən edilib.

“Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb”,-deyə
qurum rəsmisi bildirib.

Teqlər: