Azərbaycan ifaçılarının sədası Türkiyə radiosunda

Azərbaycanda yeni fəaliyyətə başlayan “Radio TMB” (Türk
Millətlər Birliyi) bir çox ölkənin nüfuzlu media qurumları ilə
əlaqələrini genişləndirir.

AzerTimes-ın məlumatına görə, bu
çərçivədə “Radio TM” ilə (100.5 FM) qardaş Türkiyənin” Radio D”
kanalı arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlıqla
“Radio TMB” Azərbaycanın gənc və istedadlı ifaçılarının Türkiyədə
tanınmasına dəstək olacaq və onların auditoriyalarının
genişlənməsinə imkanlar yaradacaq. Bundan əlavə, iki media
strukturunun tərəfdaşlığı çərçivəsində ortaq verilişlər həyata
keçirmək və mədəni layihələr reallaşdırmaq planlaşdırılır.
Bildirilir ki, incənət və mədəniyyət sahəsində məlumatların
qarşılıqlı mübadiləsi Azərbaycan və Türkiyənin qardaşlıq
münasibətlərinə öz töhvəsini verəcək.


Teqlər: