Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçirilib

Martın 21-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov”
festivalı keçirilib.

Trend xəbər verir ki, Novruz bayramı adət-ənənələrinin təbliği
və qoruğa gələn ziyarətçilərə Azərbaycan mətbəxinin şahı hesab
edilən, eləcə də bir sıra ölkələrin mətbəxində əhəmiyyətli yer
tutan plovun müxtəlif növləri təqdim olunub.

Festivalda qonaqların iştirakı ilə bayram tonqalı yandırılıb.
Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının ifasında
səhnəciklər nümayiş olunub, pəhləvan və kəndirbazlar çıxış edib,
uşaqlar üçün kəndirdartma oyunları təşkil olunub.

Sonra qonaqlar üçün konsert proqramı təqdim olunub və uşaqların
əl işlərindən ibarət rəsmlər sərgilənib.

Festival çərçivəsində əl işlərinin və suvenirlərin satış
yarmarkası da təşkil olunub.

Teqlər: