Qar Şuşanın təbiətini daha da füsunkar edib (FOTO)

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir.

Bir çox rayonlarımıza qar yağıb. Qarabağın tacı olan Şuşada da
qarın hündürlüyü bir metri keçib. Fasiləsiz yağan qar Şuşanın
təbiətini daha da füsunkar edib, ona gözəllik qatıb.

Trend Şuşa
Şəhəri Dövlət Qoruğu İdarəsinin Mətbuat Xidməti tərəfindən Şuşada
çəkilmiş görüntüləri təqdim edir.

Teqlər: