Saxlanılan şəxs oğurladığı məhsulları yaşadığı evin
həyətində qazaraq torpağın altında gizlədib
Abşeron rayonu Qobu qəsəbəsində yerləşən marketlərdən birindən
oğurluq edilib.
DİN-dən AzerTimes-a bildirilib ki, marketin sahibi Abşeron Rayon
Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum
şəxsin obyektə daxil olaraq oradan dəyəri 15 min manat olan tütün
və ərzaq məhsulları, eləcə də kassada olan nağd pulu ələ
keçirdiyini bildirib. Eyniməzmunlu şikayətlərlə ətraf ərazidə olan
daha bir neçə obyektdən Polis Bölməsinə şikayətlər daxil olub.
Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki,
oğurluqlar eyni şəxs tərəfindən törədilib. Qobu Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində
hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhlum olunmuş Qobu
qəsəbəsində yaşayan Polad Piyamı saxlanılıb. O ifadəsində qəsəbə
ərazisində yerləşən ümumilikdə 9 marketdən oğurluqlar etdiyini
bildirib. Polad Piyamınin evinə baxış zamanı onun oğurluq yolu ilə
ələ keçirdiyi məhsulların bir qismi qazaraq torpağın altında
gizlətdiyi yerdən aşkar edilib.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar
Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam
etdirilir.