MDU kollektivi Mingəçevir Telekommunikasiya Qovşağında infoturda olublar (FOTO)

2022-ci ilin 26 aprel tarixində Mingəçevir Dövlət
Universiteitnin (MDU) Mühəndislik fakültəsinin İnformasiya
texnologiyaları kafedrasının bir qrup əməkdaşı, tələbə və
magistrantları “Aztelekom” MMC-nin tabeliyində fəaliyyət göstərən
Mingəçevir Telekommunikasiya Qovşağında (MTQ) infoturda
olublar.

İnfotur MDU-da informasiya texnologiyaları ixtisası üzrə təhsil
alan tələbələrin praktiki bilik və bacarıqlarının artırılıması,
müasir telekommunikasiya sistemlərinin qurulmasında istifadə edilən
cihazlar və onların iş prinsipləri ilə yaxından tanışlığın təmin
edilməsi məqsədi daşıyıb.

İnfotur zamanı iştirakçılar MTQ-nin bölmələri və
laboratoriyaları ilə tanış olublar, onların fəaliyyətləri ilə bağlı
məlumatlar əldə ediblər.

İnfoturun ikinci hissəsində MDU-nun Mühəndislik fakültəsinin
dekan əvəzi Almaz Əliyeva “Kompüter şəbəkələri və internet”,
İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva
“İnformasiyanın ötürülməsində şəbəkə texnologiyalarının rolu”,
MTQ-nin Kommutasiya və transmissiya şöbəsinin rəisi Rafil
Məhərrəmov “Telekommunikasiya avadanlıqlarının keçmiş və indiki
vəziyyəti” və IT mütəxəssisi Babək Əsərov “Müasir informasiya
texnologiyaları” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda infotur iştirakçılarının çoxsaylı sualları
cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların
dünyagörüşünün, praktiki bilik və bacarıqlarının artırılmasına
töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə
xüsusi önəm verilir.

Teqlər: