Azad olunmuş ərazidə keçiriləcək beynəlxalq yarışın ilk qonaqları Bakıya gəlib (FOTO)

Azad olunmuş torpaqlarda keçiriləcək beynəlxalq yarışın ilk
qonaqları Bakıya gəlib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə
həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının
başlamasına 2 gün qalıb.

AzerTimes-ın məlumatına görə, artıq iştirakçı ölkələrdən Özbəkistan
komandası Bakıya gəlib. Günorta saatlarında Azərbaycan paytaxtına
təşrif buyuran qonaqlar Heydər Əliyev adına Beynəlxalq Hava
Limanında böyük coşqu ilə qarşılanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri
Özbəkistan komandasını salamlayıb və onlara yarış haqqında məlumat
verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi
hədiyyələr təqdim edib.

Qeyd edək ki, Özbəkistan “Prezident kuboku”nda 5 idmançı ilə
mübarizə aparacaq. Yarış 2 gün davam edəcək. Reqata mayın 6-sı
Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər
müəyyənləşəcək. Mayın 7-də isə idmançılar Mingəçevirdə “Kür”
Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə
aparacaq. “Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və
atəşfəşanlıqla yekun vurulacaq.

Teqlər: