Qış Universiadası “omikron” ştammına görə ləğv olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Koronavirusun “omikron” ştammının yayılması riski ilə əlaqədar İsveçrənin Lüsern şəhərində keçirilməsi nəzərdə tutulan 2021-ci il Qış Universiadası ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Universitet İdmanı Federasiyasının mətbuat xidməti bildirib.

Qeyd olunub ki, yarışların ləğvi barədə qərarı İsveçrə hökumətinin ölkəyə gələnlər üçün 10 günlük məcburi karantin rejimini tətbiq etməsi ilə bağlı qəbul edilib.

Xatırladaq ki, 30-cu Qış Universiadası bu il dekabrın 11-21-də keçirilməli idi. Bundan əvvəl Universiada yanvar ayından təxirə salınmışdı.

Növbəti Universiadanın 2023-cü ildə ABŞ-ın Leyk Plesid şəhərində keçirilməsi nəzərdə tutulub.