Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Regionda yeni reallıq yaradan Azərbaycan məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etdi və kommunikasiyaların açılmasının vacibliyini önə çəkdi. Soçi görüşündən sonra Ermənistan bu çağırışlara artıq müsbət reaksiya verməyə başlayıb. Bu da regionda sülh və təhlükəsizliyin təmin olunması və region ölkələrinin inkişafı üçün çox əhəmiyyətlidir.

AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Rasim Musabəyov – Milli Məclisin deputati, Əlibala Məmmədov – iqtisadçi, professor, Xalid Kərimli – iqtisadçi-ekspert mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: