Qış Olimpiya Oyunlarında növbəti Azərbaycan idmançısı çıxışına başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında növbəti
Azərbaycan idmançısı çıxışına başlayıb.

Trend-in
məlumatına görə, fiqurlu konkisürən Yekaterina Ryabova qadınlar
arasında qısa proqramda iştirak edir.

O, ilk 24 idmançı arasında yer alacağı təqdirdə sərbəst proqrama
vəsiqə qazanacaq.

Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər
arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Teqlər: