“Qırmızı kitab”ın III nəşri ilə bağlı tədqiqatlar aparılır (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər
Akademiyasının mütəxəssislərindən ibarət qrup tərəfindən Şamaxı və
Qobustan rayonları ərazisində, eyni zamanda Şahdağ Milli Parkı və
Pirqulu Dövlət Təbiət Qoruğunda bitkilərin monitorinqi
aparılıb.

AzerTimes-ın
məlumatına görə, “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə
bağlı keçirilən çöl tədqiqat işləri zamanı Səhləbkimilər
(Orchidaceae), Göyzəbankimilər (Boraginaceae), Soğankimilər
(Alliaceae) və Zambaqkimilər (Liliaceae) fəsilələrinə aid olan
bitkilərin nadir növləri tədqiq edilib. Həmin növlərin
statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS
koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların
qeydiyyatı aparılıb.

Aparılan tədqiqatlar nəticəsində nadir və nəsli kəsilmək
təhlükəsi olan bitki növlərindən bəzilərinin fotoşəkillərini təqdim
edirik.

Teqlər: