İstərdim ki, bütün şəhərlərdə Bakıdakı kimi idman şəraiti olsun – “Bakı Marafonu 2022”- nin qalibi

Bu marafonda iştirak etməyimdən çox şadam.

Bunu AzerTimes-a
açıqlamasında “Bakı Marafonu 2022”- nin qalibi rusiyalı idmançı
Rinas Axmadeyev deyib.

O bildirib ki, ilk dəfədir Azərbaycanda olur.Bakı çox gözəl
şəhərdir. Növbəti illərdə də Bakıya gəzmək üçün mütləq gələcəm.
Növbəti dəfə də marafon keçirilərsə iştirak edəcəm.

R.Axmadeyev qeyd edib ki, yarışda bütün qaydalara uyğun
keçirilib.

“İstərdim ki, bütün şəhərlərdə Bakıdakı kimi idman şəraiti olsun
və idmançılar yüksək nəticələr göstərsinlər”, -deyə o əlavə
edib.

Teqlər: