Qırğızıstan və Azərbaycan müxtəlif sahələrdə səmərəli inkişaf perspektivləri gözləyir – Qırğızıstan parlamentinin deputatı

19-20 aprel 2022-ci il tarixlərində Qırğızıstan Prezidenti Sadır
Japarovun Azərbaycana iki günlük rəsmi səfəri baş tutub. Bu, Sadır
Japarovun 2021-ci ilin yanvarında Qırğızıstan prezidenti
seçildikdən sonra Azərbaycana ilk səfəridir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və
Qırğızıstan Prezidenti Sadır Japarov arasında təkbətək və geniş
tərkibdə görüşlər keçirilib.

Azərbaycan-Qırğızıstan arasında sənədlərinin imzalanması
mərasimi də keçirilib. Ümumilikdə, iki ölkə arasında bir sıra
sahələrdə əlaqələrin gələcək inkişafını müəyyən edən on mühüm
strateji sənəd imzalanıb.

Səfəri şərh edən Qırğızıstan parlamentinin deputatı Elvira
Surabaldiyeva ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün bu
səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib.

“Azərbaycan və Qırğızıstanı oxşar dilimiz, adət-ənənələrimiz,
mədəni və tarixi köklərimiz birləşdirir. Belə yüksək səviyyəli
görüşlər qardaş ölkələrimiz arasında daha sıx əməkdaşlıq,
ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm
əhəmiyyət kəsb edir”, – E. Surabaldiyeva qeyd edib.

Onun sözlərinə görə, prezident Sadır Japarov bu təşəbbüslə iki
müstəqil türk dövləti – Qırğızıstan və Azərbaycan arasında
əlaqələri möhkəmləndirir.

“Mən əminəm ki, ölkələrimizi müxtəlif sahələrdə səmərəli inkişaf
perspektivləri gözləyir, çünki bizim qarşılıqlı fəaliyyət üçün
böyük potensialımız var”, – deyə deputat bildirib.

Teqlər: