Ukraynada 2,5 milyondan çox insan BMT-nin humanitar yardımını alıb – Baş katib

BMT Ukraynada 2,5 milyondan çox insana humanitar yardım
çatdırıb.

Trend xəbər
verir ki, bu barədə təşkilatın baş katibi Antonio Quterreş öz “Twitter” hesabında bildirib.

“Tərəfdaşlarımızla birlikdə 2,5 milyondan çox insana həyati
vacib yardım çatdırdıq”, – baş katib qeyd edib.

Onun sözlərinə görə, hazırda Ukraynada humanitar yardımın
göstərilməsi ilə məşğul olan BMT-nin 1300-dən çox əməkdaşı var.

Teqlər: