Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının
Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova aprelin 19-da
Şəhidlər xiyabanını ziyarət ediblər.

Trend xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sadır Japarov və xanımı Ayqul Japarova Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Qırğızıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil
qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında
Qırğızıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini
seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən
abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Teqlər: