Azərbaycanın ərazi bütövlüyünü tanımaması Ermənistanın imicinə ciddi xələl gətirir – Elşad Həsənov (VİDEO)

Brüssel görüşündən sonra Ermənistana qayıdan Nikol Paşinyan son
dövrün reallıqlarını nəzərə alaraq, Ermənistanın başqa yolu
olmadığını, Azərbaycan və Türkiyə ilə qonşuluq siyasəti aparmalı
olduqlarını bildirmişdi. Bu gün dünya ictimaiyyəti Ermənistanı
qınayır ki, dünyada Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə
ölkə Ermənistandır. Bu isə Ermənistanın imicinə ciddi xələl
gətirir. Buna görə də Ermənistan baş naziri parlamentdə çıxışında
qeyd etdi ki, biz Azərbaycanla sülh müqaviləsi bağlamalıyıq.
Azərbaycan və Avropa Birliyi Qarabağda yaşayan ermənilərin
təhlükəsizliyinə təminat verir.

Trend xəbər verir ki, bunu “Bakı Xəbər” TV-yə müsahibəsində 1-ci
Qarabağ müharibəsi veteranı, siyasi ekspert, jurnalist Elşad
Həsənov deyib.

Videomüsahibəni təqdim edirik:

Teqlər: