Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da
Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul
Japarovanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur
Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Teqlər: