Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Qırğızıstan prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycana
rəsmi səfərə yola düşüb.

Trend bu barədə
Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat
verir.

S.Japarov səfər çərçivəsində Milli Məclisin sədri Sahibə
Qafarova ilə ikitərəfli görüş keçirəcək.

Bundan başqa, Azərbaycanın işgüzar dairələrinin nümayəndələri
ilə görüşlər planlaşdırılır. Bu görüşlər zamanı Qırğızıstan və
ticarət-investsiya sahəsində əməkdaşlıq perspektivləri barədə
məlumatlar təqdim olunacaq.

Səfər çərçivəsində ölkə prezidentini xarici işlər, kənd
təsərrüfatı, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat nazirləri
müşayiət edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: