Beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir – Umayra Tağıyeva

Beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən
çirkləndirilməsinə kəskin reaksiya verməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeologiya Xidmətinin rəisi Umayra
Tağıyeva deyib.

O bildirib ki, nazirlik bununla bağlı mütəmadi olaraq beynəlxalq
təşkilatlara məlumatlar verir, çirklənmə səviyyəsini açıqlayır.

“Ermənilər mütəmadi olaraq Oxçuçayı ağır metallarla
çirkləndirir. Çayda ən çox çirklənmə halları yanvar-mart və
iyun-avqust ayları, əsasən, azsululuq dövlərdə müəyyən edilib.

Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən
yuxarı axında Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən
edilib. Orta illik nəticələrə əsasən, Yuxarı axında (Bürünlü kəndi)
ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə,
kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub.

Yuxarı axında müxtəlif dərinliklərdən (səth 10 sm, 20 sm)
götürülmüş dib çöküntüləri nümunələrində metalların qatılığının
orta və aşağı axına nisbətən daha yüksək olduğu müəyyən edilib.

Qeyd etmək lazımdır ki, çayın çirklənməsinə səbəb Ermənistan
respublikası ərazisində fəaliyyət göstərən Qafan və Qacaran
mis-molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı
suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır
metallarla çirklənməsinə gətirib çıxarır.

Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın
ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə
səbəb olur,” – xidmət rəisi deyib.

Teqlər: