Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törətdi – Foto

Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törətdi – Foto

Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törədib.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, küləklə başlayan yağış rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektrik naqillərinə zərər vurub.

Rayonun Qaradağlı kəndində isə külək ağacı avtomobilin üstünə aşırıb. Belə ki, Xəqani Məmmədov Rəhbər oğlu özünə məxsus VAZ 2106 markalı avtomobillə hərəkətdə olan zaman ağac avtomobilin üzərinə aşıb. Maşın yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.

Qeyd edək ki, hazırda Ağdamın bir çox kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Teqlər: