Fernando Alonso avtomobilini satışa çıxarır

Fernando Alonso avtomobilini satışa çıxarır

Formula-1 üzrə iki qat dünya çempionu Fernando Alonso “Ferrari Enzo” avtomobilini satışa çıxarır.

AzerTimes xəbər verir ki, avtomobil “Monaco Car Auctions” hərracında satışa çıxarılacaq.

Qeyd edək ki, firmanın istehsal etdiyi qırmızı rəngdə olan, çox güclü mühərrik və sürət qutusuna malik bu maşının dəri salonu qara rəngdədir. Avtomobil cəmi 4800 kilometr yol qət edib. Bütün bu göstəricilər onu varlı kolleksiyaçılar üçün cəzbedici edir.

Teqlər: