Qeyri-neft sektoru üzrə ixrac 40 faizə yaxın artıb

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı
11,8 milyard dollar, qeyri-neft sektoru üzrə 965,52 milyon dollar
təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü
ilə müqayisədə 38,5 faiz artıb.

AzerTimes-ın İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın
may sayına istinadən məlumatına görə, 2022-ci ilin yanvar-aprel
ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə
müqayisədə 23,6 faiz artaraq 162,6 milyon dollar təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9
dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 faiz,
qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 faiz,
pambıq iplik ixracı 19,8 faiz, pambıq lifi ixracı isə 6,8 faiz
artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft
sektoruna aid malların siyahısında pambıq mahlıcı (72,2 milyon ABŞ
dolları) birinci olub. Bu siyahıda karbamid (53,2 milyon ABŞ
dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (39,5 milyon ABŞ
dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 milyard dollar təşkil
edib. Qeyri-neft sektoru üzrə ixrac 238,3 mln ABŞ dolları olub.
2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən
ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon dollar,
qeyri-yeyinti məhsulları üzrə isə 27,2 faiz artaraq 186,9 milyon
dollar təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: