Best Managed Companies Azerbaijan 2022 müsabiqəsinin Qala gecəsi keçirilib (FOTO)

Best Managed Companies layihəsi qlobal olaraq Deloitte
tərəfindən 30 il ərzində 40-dan artıq ölkədə uğurla həyata
keçirilən müsabiqədir.

Əsas məqsəd yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl
şirkətləri geniş ictimaiyyətə tanıtmaqdır.

26 may 2022-ci il tarixində Best Managed Companies Azərbaycan
2022 müsabiqəsinin qalibləri elan edildi. Builki müsabiqənin
qalibləri METAK, SƏBA və VEYSƏLOĞLU Şirkətlər Qrupudur.

Qala gecəsində ölkənin biznes icmasının aparıcı şirkət
nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və
digər dövlət qurumlarının rəsmiləri iştirak etmişlər. Tədbirdə
çıxış edən İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Best
Managed Companies layihəsinin Azərbaycanda özəl sahibkarlığın
inkişafına verə biləcəyi töhfəni vurğulamışdır.

Tədbirin əhəmiyyəti haqqında Deloitte Azərbaycanın İdarəedici
Partnyoru Nuran Kərimov bunları qeyd etmişdir: “Azərbaycanda
fəaliyyətimizin 20 illiyində bu möhtəşəm layihəni yerli
sahibkarlara dəstək olmaq məqsədilə MDB məkanında ilk dəfə məhz
Azərbaycanda başladıq. Bizim üçün bu layihə özəl sektorda çalışan
qabaqcıl Azərbaycan şirkətlərinin aşkarlayıb, onların uğurunu
cəmiyyətə və beynəlxalq səviyyədə tanıtmaq üçün fürsətdir. Bu
layihə sayəsində biz həmçinin Azərbaycan hökumətinin sahibkarlığın
inkışafına yönəlmiş səylərinə əlavə dəstək vermiş oluruq. Əminik
ki, hər il keçiriləcək bu mötəbər biznes müsabiqəsində daha çox
Azərbaycan şirkəti iştirak edib faydalanacaq.”

Müsabiqə zamanı iştirakçı şirkətlərin idarə edilməsi müstəqil
münsiflər heyəti tərəfindən dörd meyar əsasında dəyərləndirilir:
strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə
göstəriciləri. Bu meyarlar Deloitte-un son 30 il ərzində bu
müsabiqəni beynəlxalq müstəvidə keçirərək topladığı təcrübə
əsasında müəyyənləşdirilib.

Best Managed Companies Azərbaycan müsabiqəsi PAŞA Bank, UNEC,
British Business Group və İctimai Televiziyanın tərəfdaşlığı ilə
təşkil olunmuşdur.

Deloitte adı Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil
olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar
müəssisələrinə aid ola bilər. DTTL (“Deloitte Qlobal”) və bu
şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi
şəxslər və müstəqil müəssisələrdir. DTTL müştərilərə xidmətlər
göstərmir. Ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə
daxil olun.

Deloitte qlobal səviyyədə audit və əminlik, konsaltinq, maliyyə,
risk, vergi üzrə məsləhət xidməti və digər əlaqədar xidmətlər
göstərən aparıcı markalardandır. Artıq iyirmi ilə yaxın müddətdir
ki, Deloitte, Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət
göstərir və hal-hazırda Deloitte Bakı ofisində 150 nəfərdən artıq
işçi çalışır.

Teqlər: