Qeyri-neft emal sənayesində 27 faiz artım olub – Mikayıl Cabbarov

Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet
sahələrdən olan emal sənayesində bu ilin ilk 2 ayında ötən ilin
müvafiq dövrünə nisbətən 26,5% artım olub.


Trend
-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.

“Qeyri-neft emal sənayesində isə 27% artım qeydə alınıb”, –
nazir yazıb.