Hərbi Tibb Fakültəsinə sənəd qəbulunun vaxtı açıqlanıb

akı. Trend:

Məlum olduğu kimi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə
sənədlərin qəbulu 1-30 aprel 2022-ci il tarixlərində
aparılacaq.

Dövlət İmtahan Mərkəzindən
Trend
-ə verilən məlumata görə, bu ildən etibarən sənəd
qəbulunda qəbul (buraxılış) imtahanını Azərbaycan dilində verən
abituriyentlərlə yanaşı, imtahanı rus dilində verən abituriyentlər
də iştirak edə bilərlər.

Xatırladaq ki, qeyd olunan təhsil müəssisələrində tədris
Azərbaycan dilində təşkil olunur.

Abituriyentlər sənəd qəbulu haqqında elanların tam mətni ilə
“Abituriyent” 1 jurnalında tanış ola bilərlər.

Teqlər: