Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı artıb – Nazirlik

Xəbər - Humay Ağacanova – Trend:

Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının
artması tendensiyası müşahidə olunur.


Trend
-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika
Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O qeyd edib ki, 2019-cu ildə qeydiyyatda olan narkotik
istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə
33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil
edib.


“Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və
yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır. Statistikaya
nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə,
2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə
isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.

Ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər
isə profilaktik qeydiyyatdan çıxarılıb”, – deyə o əlavə edib.

Teqlər: