Ötən gün 38 yanğın olub (VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

FHN-dən Trend
bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 1 halda köməksiz
vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması
təmin edilib.

Ötən sutka ərzində 1 nəfər xilas olunub, həmçinin yanğınlar
zamanı Ağdaş rayonunun Aşağı Ləki kəndində 1935-ci il təvəllüdlü
Həşimova Bəsdə Eybur qızının və Şəki şəhərində 1962-ci il
təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun meyitləri aşkar
edilərək aidiyyəti üzrə təhvil verilib.


Teqlər: