Qərblə razılaşmaq lazım olacaq – Ryabkov

Qərblə razılaşmaq lazım olacaq – Ryabkov

ABŞ-ın hədsiz aqressivliyi silahlara nəzarət üzrə konstruktiv və səmərəli danışıqlar aparmağı praktiki olaraq qeyri-mümkün edib.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Bu, əlbəttə, o demək deyil ki, biz silahlara nəzarətdən imtina edirik”, – o deyib.

Ryabkov qeyd edib ki, bu sahədə həyati qərarlar qəbul etmək üçün münaqişə potensialının minimuma endirilməsini təmin edəcək birgəyaşayış parametrləri və prinsipləri ilə bağlı Qərblə razılaşmaq lazım gələcək.

Teqlər: