Dərhal atəşkəs elan edilməlidir – Orban

Dərhal atəşkəs elan edilməlidir – Orban

Ukraynadakı böhranın sülh yolu ilə nizamlanması lazımdır, lakin bu, aylar və hətta illər çəkə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

“Məsələləri mürəkkəbləşdirməyin, dərhal atəşkəs lazımdır, bundan sonra sülh danışıqları başlamalıdır, lakin bu, aylar və hətta illər çəkə bilər”, – Orban qeyd edib.

Macarıstanın baş naziri Avropadakı siyasi liderlik böhranını da şərh edib:

“İndi Avropa liderləri üçün qitənin öz maraqlarını tanımaq və ifadə etmək çətindir”.

Teqlər: