Qərbə o qədər güzəştə getdik ki… – Lavrov

Qərbə o qədər güzəştə getdik ki… – Lavrov

Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəsində Moskvanın Qərbə qarşı xeyirxah jestlərinin tükəndiyini və münasibətlərin normallaşmasının artıq Rusiya tərəfdən asılı olmadığını izah edib.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələri ilə münasibətlərin bərpa olunmasının mümkünlüyünü şərh edərkən deyib.

“Prezidentin də dediyi kimi, nə vaxtsa münasibətlər bərpa olunacaq. Bunun nə vaxt baş verməsi bizdən asılı deyil. Bu onların problemidir. Biz o qədər güzəştə getdik, xoşməramlı jestlər etdik, amma prezident də xatırlatdı ki, bu jestlərin həddi artıq tükənib”, – o bildirib.

Teqlər: