Moskvadan Gəncəyə gələn təyyarə Bakıya endi

Moskvadan Gəncəyə gələn təyyarə Bakıya endi

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

AzerTimes xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

Teqlər: