Qərbdə radikalizmin və islamafobiyanın artması narahatlıq doğurur – Ərdoğan

Qərb mədəniyyəti incəsənət, mədəniyyət, idman və kinematoqrafiya
vasitəsilə və ya bu gün necə deyərlər, “yumşaq güc” vasitəsilə
əslində öz təsirini bütün müasir dünyaya yayıb.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı təzyiq və hücumlara ən
yaxşı qarşılıq ölkənin zəngin tarixi və mədəni irsini öyrənmək və
təbliğ etməkdir.

“Təəssüf ki, dünya ictimaiyyəti tarixin verdiyi dərslərdən
faydalanmayıb və bu da ksenofobiya və islamofobiya zəminində
cinayətlərin artmasına səbəb olub”, – deyə R.T.Ərdoğan
bildirib.

Türkiyə prezidenti radikal qüvvələrin Qərbdə artan
populyarlığının “narahatlıq doğurduğunu” bildirib ki, bu da sağçı
partiyaların seçkilərdə uğur qazanmasında özünü göstərir: “Bir sıra
Avropa ölkələrində ultrasağçılar hakim koalisiyalara qoşulmağa
çalışırlar”.