Azərbaycanda daha 13 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
13 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 534 nəfərin
koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan
782 694 nəfər müalicə olunaraq sağalıb, 9708 nəfər vəfat edib,
aktiv xəstə sayı 132 nəfərdir.

Ölkədə son sutka ərzində 4079, hazırkı dövrədək isə 6 805 563
test aparılıb.

Teqlər: