Ramazanın 27-ci günü: dua, imsak və iftar vaxtı

Bu gün Ramazan ayının 27-ci günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, aprelin 28-də Bakıda imsak
saat 04:10, iftar isə saat 19:47-dədir.

Ramazan ayının 27-ci gününün duası:

“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi
minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr.
Ya rəufən bi-ibadihis-salihin”.

Tərcüməsi:

“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün
mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et,
günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban
olan Allah!”

Allah orucunuzu qəbul etsin!

Teqlər: