Qərb Rusiyaya həlledici zərbəyə hazırlaşır

Qərb Rusiyaya həlledici zərbəyə hazırlaşır

Qərb ölkələri Rusiya ilə münaqişədə Ukraynaya həlledici üstünlük vermək üçün ona hansı formada kömək etmək barədə düşünürlər.

AzerTimes xəbər verir ki, bu barədə “Evening Standard” rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Qərb Rusiyaya qarşı hücuma keçmədən Ukraynaya həlledici üstünlük vermək üçün nə lazım olduğunu anlamağa çalışır.

Nəşrin yazdığına görə, Kiyev Rusiyanın hərbi strategiyalarını proqnozlaşdırmaq üçün avadanlıq ala bilər.

Rəsmilərdən biri Ukraynanın müasir döyüş təyyarələri ilə təmin oluna biləcəyini də istisna etməyib.

Bununla belə, rəsmilər Kiyevə dəstəyin Rusiya ilə münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün məhdudlaşdırılacağını bildirib. Rəsmilərdən birinin sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlarla birbaşa əlaqəli olanlar istisna olmaqla, Qərb Rusiya Federasiyasının ərazisinə zərbələri dəstəkləməyəcək.

Teqlər: