Dünyanın gələcəyi həll edilir: iki seçim var…

Dünyanın gələcəyi həll edilir: iki seçim var…

NATO-nun genişlənmə haqqını mütləqləşdirən Qərb Avropanı münaqişə ocağının bir addımlığına gətirdi.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

O bildirib ki, bir qrup ölkənin dünyada inhisarçı mövqeyi səbəbindən beynəlxalq qurumlara, hüquqa və BMT mərkəzli dünya modelinə olan güvən sarsılıb:

“Bu gün dünya düzəninin gələcəyinin həll edilməkdə olduğu ortadadır. İki seçim var: ya yalnız özünə sərf edən qaydalar qoyan tək hegemonun olduğu düzən olacaq, ya da şantajı, neo-müstəmləkəçiliyi istəməyənlərə gözdağı verilmədiyi bir demokratik, çoxqütblü, ədalətli, BMT mərkəzli bir dünya. Son seçimin can verməkdə olan sistemdən yararlananların xoşuna gəlmədiyi dəqiqdir”.

Teqlər: