Qərb gizli şəkildə nüvə savaşına hazırlaşır

Qərb gizli şəkildə nüvə savaşına hazırlaşır

Qərb rəsmiləri Rusiyanın Ukraynada və ya onun yaxınlığında nüvə silahından istifadə etməyə qərar verəcəyi təqdirdə çaxnaşma və xaosun qarşısını almaq üçün gizli planlar hazırlamağa başlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Bildirilib ki, Qərb hələ də nüvə böhranını olduqca az ehtimal kimi dəyərləndirir, lakin nüvə eskalasiyasından qorxan əhaliyə təcili yardım və dəstək göstərmək planlarına yenidən baxmaq qərarına gəlib.

Belə ki, Qərb hökumətləri bir sıra mümkün ssenarilər üçün ehtiyatlı planlama ilə məşğuldur.

“Rusiya Prezidenti Vladimir Putinin nüvə silahının mümkün istifadəsi ilə bağlı bəyanatları son dərəcə məsuliyyətsizlikdir, onlardan istifadə 1945-ci ildən mövcud olan tabunu qıracaq və Rusiya üçün ciddi nəticələrə gətirib çıxaracaq”, – məqalədə bildirilib.

“Quardian” xatırladır ki, Soyuq müharibə dövründə Qərbdə nüvə münaqişəsi zamanı nə etməli olduğuna dair məlumat kampaniyaları tez-tez həyata keçirilirdi və onlar hətta nüvə silahında sağ qalmağın mümkün olduğu ehtimalına görə tez-tez ələ salınırdılar.

Teqlər: