Qərb Bakıya qarşı İranı və Rusiyanı belə dəstəkləyəcək

Qərb Bakıya qarşı İranı və Rusiyanı belə dəstəkləyəcək

Yaxın gələcəkdə Qarabağda Azərbaycanın dövlət suverenliyini​ bərpa etməsini mümkün sayıram. Amma Rusiya tez-tez deyir ki, Qarabağın statusu məsələsini gələcək rəhbərlər həll etsin. Hadisələrin gedişi göstərir ki, Rusiya həmin “məchul gün”ə qədər​ Qarabağı öz nəzarətində saxlamağı düşünür.

AzerTimes xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində deyib.

“Vəziyyəti ağırlaşdıran ikinci məqam ondan ibarətdir ki, Qərb də sözdə yox, reallıqda münaqişənin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi çərçivəsində həll olunmasında maraqlı deyil, Ermənistanın işğalçılıq siyasətini bəzən dolayısı, bəzən isə açıq formada dəstəkləyir. Biz Qarabağda dövlət suverenliyini güc tətbiq etməklə bərpa etmək istəsək və bu zaman Rusiya-Ermənistan-İran​ üçlüyü ilə üz-üzə gəlsək, əminliklə deyirəm ki, Qərb bu üçlüyə tam dəstək verəcək, ən azından Fransanın timsalında. Fransanın Praqa görüşündən sonra mövqeyini dəyişməsində də kənar güclərin böyük rol oynadığını düşünürəm. Azərbaycanın son 34​ illik tarixi,”907-ci düzəliş” də bunu təsdiq edir”, – o bildirib.

Millət vəkili qeyd edib ki, vəziyyətin ciddiliyinə baxmayaraq, müəyyən addımlar atmalıyıq:

“İlk növbədə Ermənistandan Qarabağa qaz və elektrik enerjisinin verilməsini dayandırılmalı, Qarabağdakı erməni yaşayış mətəqələrinin qaz və elektrik xətləri Azərbaycanın müvafiq​ şəbəkələrinə birləşdirilməlidir. Qarabağın erməni sakinlərindən tələb olunmalıdır ki, digər Azərbaycan vətəndaşları kimi istifadə etdikləri enejinin pulunu manatla ödəsinlər. Bunu etməsələr, qaz və enerji verilişi dayandırılmalıdır. Bu zaman ermənipərəst dünya gücləri üstümüzə əvvəlki kimi gələ bilməyəcək. Rusiyanı da​ müxtəlif yollarla əmin etmək lazımdır ki, Qarabağı öz nəzarətində saxlaması üçün erməni sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane​ olmasın. Əks halda​ Azərbaycanı itirə bilər. Biz Rusiyanın​ təhlükəsizlik və iqtisadi sahədə bölgədəki maraqlarını ikitərəfli və çoxtərəfli əməkdaşlıq formasında təmin edə bilərik. İlkin addım kimi biz Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı müraciət edə bilərik. Bu həm də bizim iqtisadiyyatın liberallaşmasına və inkişafına ciddi​ töhfə verərdi. Azərbaycan həm də, nəhayət ki, Dünya Ticarət Təşkilatına üzv olmalıdır.

​Dövlət suverenliyimizin bərpasına kömək üçün​ müttəfiqlərimizə və dost ölkələrə müraciət etməkdən çəkinməməliyik. Ermənistana​ təzyiqlər artırılmalı, Azərbaycan Ordusunun ən elitar hissələri Qarabağda yerləşdirilməlidır. Laçın və Kəlbəcərdə hər bir kənd və qəsəbənin bərpasına tezliklə başlamalı, onlar genişləndirilməli, bu iki rayonda çoxlu istehsal və emal müəssiələri yaradılmalı, qısa zaman kəsiyində iki yüz min insanın həmin ərazilərə köçürülməsi təmin edilməlidir. İnsanlara imkan yaratmaq lazımdır ki, kimlərin maddi vəsaiti varsa evlərini bərpa etsinlər. Dövlət xətti ilə bərpa – quruculuq işlərinə daha çox həmin bölgədən olan,kənd həyatı ilə tanış adamlar cəlb olunmalıdır”.

Teqlər: