Biləsuvarda ağır qəza: yaralılar var

Biləsuvarda ağır qəza: yaralılar var

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə köhnə Ələt – Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobilinin “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, “Ford” Şirvan şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: