Bəxtiyar Paşa Baş Qərargah rəisi olsun – Millət vəkili

Bəxtiyar Paşa Baş Qərargah rəisi olsun – Millət vəkili

Demokratik ölkələrdə orduya mülki nəzarəti təmin etməyin ən yaxşı üsulu müdafiə nazirinin mülki şəxs olmasıdır. Baş Qərargah rəisinin hərbçi olması yetərlidir. Bundan başqa Silahlı Qüvvələrə​ güclü​ parlament nəzarəti təmin edilməlidir. Çox təəssüf ki, bizdə “Silahlı Qüvvələr haqqında” Qanuna görə yalnız Ali Baş Komandanın belə bir səlahiyyəti var.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.

“Çox istərdim ki, müdafiə naziri mülki şəxs, Baş Qərargah rəisi isə Azərbaycan vətəndaşlığını qəbul etmiş general​ Bəxtiyar Ərsoy olsun. O özünü yaxşı mənada​ təsdiq etmiş generaldır, xalqımızın ona böyük etimadı var və orduda islahatları həyata keçirmək gücündədir. “Tərtər hadisələri” deyilən, orta əsrlərə xas qanlı cinayətlər​ və 44 günlük savaş ordumuzun rəhbərliyində ciddi struktur və kadr islahatlarının​ həyata​ keçirilməsini, əslində ordunun və məhkəmə sisteminin yenidən qurulmasını​ qaçılmaz etmişdir. Azərbaycanda ən müasir silahlarla təmin olunmuş, yüksək hazırlıqlı və təminatlı​ peşəkar ordu qurulmalıdır”, – o bildirib.

Teqlər: