“Qəbələ”nin rəqibi “Qalatasaray”a qalib gəldi

“Qəbələ”nin rəqibi “Qalatasaray”a qalib gəldi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Macarıstan “Fehervar”ı yoldaşlıq görüşü keçirib.

AzerTimes xəbər verir ki, macarlar Türkiyənin “Qalatasaray” komandası ilə qarşılaşıb. Avstriyada keçirilən matç “Fehervar”ın qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 32-ci dəqiqədə Kenan Kodro vurub.

Qeyd edək ki, “Qəbələ” “Fehervar”la ilk görüşünü iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də evdə keçirəcək.

Teqlər: