BMT: İstanbulda ciddi addım atıldı

BMT: İstanbulda ciddi addım atıldı

İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukraynanın taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb.

AzerTimes xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.

“Bu gün İstanbulda biz Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı daşınmasını təmin etmək istiqamətində mühüm addım gördük. Lakin bu gün əldə edilən irəliləyişin reallaşdırılması üçün daha çox texniki iş tələb olunacaq”, – deyə A.Quterreş bildirib.

Teqlər: