Qdanskda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib (FOTO)

Polşanın Qdansk şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə
əlaqədar dinc aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Polşa
Azərbaycanlıları Şurasının və Qdanskdakı azərbaycanlı icmasının
birgə təşkilatçılığı ilə baş tutan aksiya şəhərin qədim
hissəsindəki izdihamlı Dluqa küçəsində yerləşən Qdansk Milli
Müzeyinin (keçmişdə əsas şəhər Ratuşası binası) önündə
gerçəkləşdirilib.

Aksiya zamanı gənc soydaşlarımız Xocalı soyqırımı dəhşətlərini
əks etdirən fotoları nümayiş etdiriblər. Yerli sakinlərə qırmızı
qərənfillər, ingilis və polyak dillərində Xocalı soyqırımı
həqiqətlərinin əks olunduğu QR-kodlu bukletlər və fincanlar
paylanılıb. Nəzərə çatdırılıb ki, kod vasitəsilə Xocalı soyqırımına
dair ətraflı məlumat əldə etmək mümkündür.


“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində
təşkil edilən aksiya yerli sakinlərin böyük marağına səbəb
olub.

Teqlər: