Naxçıvanı Azərbaycanla birləşdirəcək avtomobil yolunun ödənişli olması planlaşdırılır – Saleh Məmmədov

Xəbər - Samir Əli – Trend:

Azərbaycanın İranla sərhəd boyu yol çəkməsi ilə bağlı yayılan
məlumatlar düzgün deyil.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, bu cür məlumatlar ictimaiyyətdə çaşqınlıq
yaradır.

“Azərbaycandan Naxçıvana getmək üçün əvvəllər həm dəmir, həm
avtomobil yolu olub. Bu yol 7 metr enində idi və Ağbəndə girmədən
Mincivandan keçməklə Qafan və Naxçıvana gedirdi. Torpaqlarımız azad
ediləndən sonra Prezident İlham Əliyev tapşırıq verib ki, yol
Ağbənddən keçməklə Naxçıvan və İstanbula getməlidir. Yolun artıq 70
faizi hazırdır.

Fikrimiz odur ki, əvvəlki yol da alternativ bərpa edilsin. Həmin
yol bərpa edildikdən sonra yeni çəkilən yolları ödənişli etməyi
planlaşdırırıq”, – S.Məmmədov deyib.

Teqlər: