Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik
vasitə əldə edib saxlamaqda şübhəli bilinən Nəsimi Abbaszadə
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, üzərindən
heroin aşkarlanan şəxs narkotik maddəni qonşusundan aldırdığını
bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.
Abbaszadəyə narkotik maddəni 70 manata satan Şəmkir rayon sakini
Sabir Yusifov saxlanılıb. Üzərindən narkotik vasitə aşkar edilən
Sabir Yusifovun yaşadığı fərdi yaşayış evindən isə narkotik vasitə
olan tiryək aşkar edilərək götürülüb.


Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb
araşdırmalar davam etdirilir.

Teqlər: