Xəbər - Nərgiz Sadıxova – Trend:
Qazaxıstanın “FlyArystan” loukoster aviaşirkəti Aktau-Bakı
marşrutu ilə aviareyslərini həyata keçirməyə başlayacaq.
Trend bu barədə
şirkətə istinadən məlumat verir.
Uçuşların aprelin 1-dən işə düşməsi planlaşdırılır. Reyslər
həftədə iki dəfə, cümə və bazar günləri həyata keçiriləcək.
Qeyd edək ki, 2018-ci ildə təsis edilən “FlyArystan”
Qazaxıstanın ilk loukoster aviaşirkətidir.
Twitter: @nargiz_sadikh
(Tərcümə: Orxan Nəbiyev)