Bakıda akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının birinci günündən gözəl anlar (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə
12-ci Dünya Yaş Qrupları Yarışlarının birinci günü davam edir.

Trend-in
məlumatına görə, çıxış edən gimnastlar yüksək hazırlıq səviyyəsini
və ginmnastika elementlərinin gözəlliyini nümayiş etdirir.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.


Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Teqlər: