MDB-yə aid olan ölkələrin istiqraz bazarının analizi və Rusiya ilə bağlı risklər barədə

“Rusiya ilə bağlı yaranmış vəziyyətin maliyyə bazarlarına təsiri
nə ola bilər?” sualı aktual olaraq qalır. Bu məqsədlə təqdim
etdiyimiz analiz iki istiqamətdə aparılıb. İlk olaraq, MDB
regionunu əhatə edən dövlətlərin istiqraz bazarını ümumi olaraq
analiz olunub. İlk analiz bizə bu regionda olan maliyyə
bazarlarının inkişaf səviyyəsi haqqında təsəvvür yaratmış olacaq və
hansı dövlətin daha aparıcı mövqedə qərarlaşdığını göstərəcək.

MDB-yə daxil olan ölkələrin ümumi istiqrazlarının həcmi dollar
ekvivalentində 735,9 milyard ABŞ dollar, sayca
3995 ədəd olmaqla, müxtəlif valyutalarda buraxılmış istiqrazlardan
ibarətdir. Aşağıda bu region üzrə buraxılmış 3995 ədəd iqtiqrazın
sayca hansı valyutalar arsında bölünməsi göstərilib. Görmək olur
ki, sayca buraxılan istiqrazların 57% Rusiya rublunun, 12%-i ABŞ
dollarının, 9 faizi Qazaxıstan təngəsinin, 4%-i Ukrayna
qrivnasının, 4% AZN, 2% avronun və digər valyutalarda olan
istiqrazların payına düşür.

Aşağıdakı qrafikdə isə ümumi həcmi 735,9 milyard ABŞ dolları
ekvivalentində olan istiqrazların həcmcə valyutalar arasında
bölgüsü verilib. Görmək olur ki, bu region üzrə buraxılmış
istiqrazların həcmcə 53% -i Rusiya rublunun, 29%-i ABŞ dollarının,
6% Qazaxstan təngəsinin, 4% Ukrayna qrivnasının, 4 faiz avro və
digər valyutaların payına düşür.

Bir sözlə regionda kimin dominant olması bu 2 bölgüdən aydın
gözə çarpır. Belə ki, istiqraz bazarları üçün 1-ci yerdə Rusiya,
2-ci yerdə Qazaxstan, 3-cü yerdə isə Ukrayna qərarlaşıb. Belə ki,
həcmcə bu 3 valyutada buraxılan istiqrazların ümümi payı 63% təşkil
etmiş olur.

Aşağıdakı qrafikdə isə ümumi olaraq MDB-yə daxil olan ölkələrin
buraxdığı istiqrazların qaytarılma müddətinə görə dollar
ekvivalentində həcmi göstərilib.

Qeyd edim ki, yuxarıdakı məlumatlar istiqraz bazarlarının böyük
bir hissəsinin Rusiya dövlətinin payına düşdüyünü göstərir. Bunu
qeyd etməkdə məqsəd ondan ibarətdir ki, hazırda Rusiyaya qarşı olan
sanksiyalar müəyyən mənada digər ölkələr üçün də fəsadlar doğura
bilər. Aşağıda Rusiyanın istiqraz bazarı təhlil olunub.

Rusiya istiqraz bazarının ümumi həcmi 438 milyard ABŞ dolları
təşkil edir. Aşağıda həcmcə valyutalar arası bölgü verilib.

Görmək olur ki, ümumi həcmin 384 milyard USD ekvivalentində
rublda olan istiqrazların payına (88%), 47,4 milyard ABŞ dollarında
olan istiqrazların (11%) yerdə qalan çox kiçik hissə isə avro və
TRY payına düşür. Bir sözlə, dollarda olan borclanmanın
düşünüləndən daha aşağı olduğu görsənir. Qeyd edim ki, bu bölgüdə
bütün istiqrazlar həm dövlət, həm də korporativ istiqrazlar nəzərə
alınıb. Aşağıda isə qaytarılma müddətinə görə həcmcə bu
istiqrazların bölgüsü verilib.

Text Box: Rusiya istiqraz bazarının qaytarılma müddətinə görə bölgüsü

İndi isə Rusiyanın dövlət istiqrazlarına baxaq. Rusiyanın dövlət
istiqrazlarının həcmi dollar ekvivalentində 255 milyard dollardır.
Bunun 88%-i (214 milayrd ABŞ dolları) Rublda olan istiqrazların,
14%-i ABŞ dollarının (35,18 milyard ABŞ dolları), 2% isə Avronun
(5,9 milyard ABŞ dolları) payına düşür. Bir sözlə, xarici valyutada
olan dövlət istiqrazların ümumi həcmi 41 milyard ABŞ dollar
ekvivalentində olmaqla, sayca 14-ü ABŞ dollarında buraxılmış, 4-ü
isə avroda buraxılmış istiqrazların payına düşür. Yəni Rusiyanın
sayca xarici valyutada buraxılan 18 ədəd dövlət istiqrazı
mövcuddur.

Aşağıda isə dövlət istiqrazlarının qaytarılma müddətinə görə
valyutalar üzrə bölgüsü təqdim olunub.

Ən əsas sual ondan ibarətdir ki, Rusiya dövləti ona
qarşı sürülmüş sərt sansksiyalar qarşılığında xarici valyutada olan
35 milyard ABŞ dollarında olan dövlət istiqrazları və həmçinin, 5,9
milyard ABŞ dolları ekvivalentində olan avroda buraxılmış istiqraz
üzrə öz öhdəliklərini tam icra edəcəkmi? Maraqlısı odur ki, 2022-ci
ilin aprel ayının 4-ü nominalı 2 milyard ABŞ dolları olan dövlət
istiqrazının qaytarılma vaxtıdır.
Növbəti önəmli sual isə belədir: Rusiya bu borcu qaytaracaqmı?
Aşağıda bu istiqrazın qiymət dəyişimi göstərilib.

İkinci məqam: iqtisadiyyat qarşılıqlı əlaqələr şəklində
qurulur. Yuxarıda qeyd edilən borcun alıcılarının kimlər olması da
çox maraqlıdr. Bu yaxınlarda “Bloomberg”də bir məqalədə yuxarıda
qeyd edilmiş dövlət istiqrazlarının hansı bankların menecerləri
tərəfindən tərəfindən investisiya edildiyi bildirilmişdir: 1,5
milyard ABŞ dolları olmaqla “BlackRock” qərarlaşmışdır. Bundan
sonra bir çox Avropa və hətta ABŞ banklarının portfel mecerləri
tərəfindən Rusiyanın dövlət istiqrazlarına investisiya edildiyi
bəlli olur. Yəni Rusiya müflis olacağı halda qeyd edilən banklar da
bununla bağlı itkilərə sahib olacaq.

Teqlər: