Qazaxıstanın hakim partiyasının adı dəyişdirilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hakim “Nur-Otan”
partiyasının adının dəyişdirilməsi qərarını dəstəkləyib.

Trend-in
məlumatına görə, partiyanın adı bundan sonra “Amanat” (Əmanət)
partiyası olacaq.

Bu qərar partiyanın bugünkü qurultayında qəbul edilib.


Eyni zamanda partiyanın rəhbərliyində dəyişikliklər edilib. Belə
ki, Qazaxıstan parlamentinin aşağı palatasının sabiq sədri Nurlan
Niqmatulin partiyanın Siyasi şurasından çıxarılıb. Baş nazir Alixan
Smayilov şuraya qəbul edilib.

(Tərcümə: Orxan Nəbiyev)